EN

"Çelsi"nin ulduzunda dopinq aşkarlandı - Azərbaycan ilə oyunları buraxa bilər

Ukrayna millisinin aparıcı futbolçularından hesab olunan Mixail Mudrikin DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan yığması ilə oyunları buraxacağı gözlənilir.

Sportinfo.az yerli mətbuata istinadən xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi müsbət dopinq testinə görə 4 illik diskvalifikasiya ilə üzləşə bilər.

Oyunçunun "A" nümunəsində qadağan olunmuş maddə aşkar edilib. Yaxın günlərdə "B" nümunəsinin açılması gözlənilir.

Mudrik 2023-cü ildən İngiltərənin "Çelsi" klubunda çıxış edir. Onun London təmsilçisi ilə müqaviləsinin müddəti 2031-ci ilin yayınadək qüvvədədir.

Azərbaycan millisi Ukrayna ilə ilk oyununu 2025-ci il sentyabrın 9-da evdə, növbəti qarşılaşmasını isə oktyabrın 13-də səfərdə keçirəcək.

Chosen
34
1
sportinfo.az

4Sources