EN

Rusiya futbolu üçün FÜRSƏT

Rusiya futbol klubları üçün Avropa komandalarına qarşı oynamağa fürsət yaranıb.

Bizim.Media xəbər verir ki, bu barədə "A22" məlumat yayıb. 

Superliqanın yeni təqdim etdiyi formata əsasən, turnirdə 55 ölkədən 96 klub iştirak edə biləcək.

Bu, UEFA-nın üzvü olan ölkələrin sayına bərabərdir. Bu ölkələrin siyahısında Rusiyanın da adı var. 
 

Xatırladaq ki, Rusiya - Ukrayna münaqişəsinə görə UEFA Rusiya klublarını öz turnirlərində iştirak etməyə qadağa qoyub. 


Qeyd edək ki, hazırda Superliqanın yaranmasına cəmi iki klub razılıq verib - "Real" və "Barselona". Buna səbəb UEFA-nın sözügedən turnirdə iştirak edəcək komandalara sanksiyalar tətbiq etməsi olub. 

Bizim.Media

Chosen
24
1
bizim.media

2Sources