Kanada hakimiyyəti ABŞ-la sərhəddə təhlükəsizlik tədbirlərini gücləndirmək üçün 1,3 milyard Kanada dolları (900 milyon ABŞ dollarından çox) xərcləmək niyyətindədir.
“ÖlkÉ™.az” xÉ™bÉ™r verir ki, bu barÉ™dÉ™ CBC telekanalı mÉ™lumat yayıb.
Qeyd olunub ki, Kanadanın ictimai təhlükəsizlik və yeni maliyyə naziri Dominik Leblanç bu planın təfərrüatlarını çərşənbə axşamı elan edə bilər.
Kanal hesab edir ki, bu tədbirlər Ottavanın ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampı razı salmaq cəhdidir. Çünki Tramp məhz Kanada sərhədində kifayət qədər təhlükəsizlik tədbirləri görülmədiyi üçün bu ölkədən gələn mallara yüksək rüsumlar tətbiq edəcəyini bəyan edib.