EN

6 aydır Yer kürəsinə qayıda bilmirlər

2024-cü ilin iyun ayında 8 günlük missiya ilə Beynəlxalq Kosmik Stansiyaya (BKS) gedən 2 ABŞ-li astronavt Yerə qayıda bilmir.

“Yeni Sabah” xəbər verir ki, Buç Vilmor və Suni Vİlyamsın geri qayıda bilməməsinə səbəb “Starliner” kosmik gəmisində baş verən nasazlıqdır.

Sentyabrda kosmik gəmi BKS-yə 2 astronavtı çatdırmışdı. Onlar təyinat nöqtəsinə çatdıqdan sonra ABŞ Aerokosmik Agentliyi NASA kosmik gəminin Yerə boş qayıtmasına qərar verib.

NASA-nın məlumatına görə, astronavtlar planetimizə böyük ehtimalla martda qayıdacaqlar. Bu təqdirdə onlar 8 gün əvəzinə 9 ay Yerətrafı orbitdə qalmış olacaqlar.


Telegram kanalımız
Chosen
32
9
yenisabah.az

10Sources