EN

Əvvəl ərə, sonra 8-ci sinfə gedib...

Bakıda 8-ci sinif şagirdi ilə qeyri-rəsmi ər münasibəti yaşayan 30 yaşlı Nadir Qasımovun (ad-soyad şərtidir) məhkəmə prosesi başa çatıb.

“Qafqazinfo”nun məlumatına görə, Sabunçu rayon məhkəməsinin hökmünə əsasən, təqsirləndirilən şəxs bir il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzası şərti hesab olunub.

Maraqlıdır ki, cütlüyün nişan mərasimi 2021-ci ildə Nigar Quliyevanın (ad-soyad şərtidir) 14 yaşı olanda gerçəkləşib. Valideynlər isə toy üçün tələsməyiblər, qızın nikah yaşına çatmasını gözləyiblər.

Lakin Nadirin Bakıda işləməsi, onun ev işlərinin öhdəsindən tək gələ bilməməsi, cənub bölgəsindən həmyerlisi olan nişanlısını da paytaxta gətirib. Bu zaman Nigar Bakıda məktəblərin birində orta təhsilini davam etdirib, 8-ci sinfə gedib.

Bu ilin dekabrında olan məhkəməyə isə cütlük hakim qarşısına bir övladla çıxıb. Nigar qeyri-rəsmi ailə qurduğu Nadirdən şikayətçi olmadığını, 18 yaşına çatanda onunla evlənəcəyini bildirib.

Qeyd edək ki, N.Qasımov Cinayət Məcəlləsinin 152.1. (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə təqsirli bilinib.

Chosen
31
25
paralel.az

10Sources