EN

Əziz Orucov bu tarixdə hakim qarşısına çıxarılacaq

“Kanal 13” internet televiziyasının həbsdə olan rəhbəri Əziz Orucovun cinayət işi üzrə məhkəmə başlayır.

Hurriyyet.az xəbər verir ki, cinayət işi baxılması üçün Səbail rayon məhkəməsinə göndərilib və hakim Günel Səmədovanın icraatına verilib.

İş üzrə məhkəmənin hazırlıq iclası 25 dekabra təyin olunub.

Xatırladaq ki, Əziz Orucov ötən il noyabrın 27-də saxlanılıb. Ona qarşı əvvəlcə Cinayət Məcəlləsinin 188.2-ci (Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti) maddəsi ilə, daha sonra 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi əlavə edilib. Daha sonra 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəyə xitam verilib. (APA)

Chosen
15
26
hurriyyet.az

10Sources