Azərbaycanda son 30-40 ilin ən soyuq qışı gözlənilir.
Yeniavaz.com xəbər verir ki, bunuXəzər TV-yə AMEA-nın Coğrafiya İnstitutunun şöbə müdiri Ənvər Əliyev deyib.
O bildirib ki, növbəti illərdə daha yağıntılı və sərt qış müşahidə ediləcək.
“Ötən əsrin 70-ci illərinə qədər qış daha sərt keçirdi. Bu isə periodik hadisə hesab olunur. Bu səbəbdən də yenidən kəskin soyuğa və yağıntıya hazır olmaq lazımdır. Yağıntının bol olması nəticəsində Xəzərdə də suyun artacağı, sahillərinin yenidən öz yerinə qayıdacağı gözlənilir”, - Ə.Əliyev bildirib.
Ətraflı: