EN

Yeddi il əvvəl övladını çəkiclə qətlə yetirən şəxslə bağlı QƏRAR

Şirvan Apellyasiya Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Röyal Məmmədovun barəsindəki qərardan verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. 

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elşad Əliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.  

 

Qərara əsasən, şikayət təmin edilməyib, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 28 avqust 2024-cü il tarixli müddətin bərpa edilməsi haqqında vəsatətin təmin edilməməsi barədə qərarı dəyişdirilmədən saxlanılıb. 

 

İttihama görə, hadisə 2017-ci ilin martında Sabirabad rayonunun Ulacalı kəndində qeydə alınıb. Belə ki, uzun illər narkotik istifadəçisi olan R.Məmmədov bu səbəbdən birinci arvadından ayrılıb. Onunla həyat yoldaşı arasında tez-tez ailə münaqişələri baş verib. Son münaqişə yaşadıqları evin satılması üstündə yaranıb. Qadın ərinə evi satmayacağını, yaşamaq üçün başqa yerlərinin olmadığını bildirsə də, narkotik maddə almağa görə borcunun olduğunu deyən ər arvadını cəzalandırmaq istəyib. Qadın qaçaraq canını qurtarıb. Arvadının qisasını 7 yaşlı oğlu Röyamindən almaq istəyən R.Məmmədov onu sürüyə-sürüyə işlək vəziyyətdə olmayan köhnə kənd yeməkxanasına aparıb və oradakı zirzəmidə uşağın başına çəkiclə zərbələr vurmaqla onu amansızlıqla qətlə yetirib.

 

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 06 iyul 2017-ci il tarixli hökmü ilə o, 19 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. R.Məmmədov həmin hökmündən 29 iyul 2024-cü il tarixdə apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə vəsatət qaldırıb. Lakin vəsatətə apellyasiya şikayətini əlavə etməyib. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 28 avqust 2024-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxsin vəsatəti təmin olunmayıb. R.Məmmədov həmin qərardan apellyasiya şikayəti verərək apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müdətin bərpa olunmasını xahiş edib. 

 

Kamal Məmmədov

Tarix: 18 Dekabr 2024, 10:23   
Chosen
12
1
pravda.az

2Sources