Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb
Mərkəzi Bank uçot dərəcəsini 7,25% səviyyəsində saxlamaq barəsində qərar verib. Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat verib.
"Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7,25%, faiz dəhlizinin aşağı həddi 6,25% saxlanılıb, faiz dəhlizinin yuxarı həddi isə 8,25% saxlanılıb.. ", - məlumatda bildirilib.
Mərkəzi Bankın proqnozlarına görə, Azərbaycanda inflyasiya 2024-cü ildə 5,4%, 2025-ci ildə isə 5,5% təşkil edəcək.
Gülnar Nazimqızı
www.anews.az