EN

Rusiyada generalın qətlinə görə Özbəkistan vətəndaşı saxlanılıb –FTX -dan BƏYANAT

Rusiya Federal Təhlükəsizlik Xidməti dekabrın 18-də Moskvada yaşadığı evin qarşısında partladılaraq öldürülən Rusiya Silahlı Qüvvələrinin qoşun rəisi general-leytenant İqor Kirillovun qətli ilə bağlı bəyanat yayıb.

Azpost.info bildirir ki, açıqlamada qətldə şübhəli bilinən Özbəkistan vətəndaşının ifadəsi açıqlanıb.

FTX əməkdaşları Daxili İşlər Nazirliyi və İstintaq Komitəsi ilə birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Moskvanın Ryazanski prospektində yaşayış binasının yaxınlığında əldəqayırma partlayıcı qurğunu işə salmış 1995-ci il təvəllüdlü Özbəkistan Respublikasının vətəndaşını müəyyən edərək saxlayıblar.Nəticədə RF Silahlı Qüvvələrinin RKhBZ qoşunlarının rəisi, general-leytenant Kirillov və köməkçisi həlak olub.

“Terror aktını törədən şəxs onu Ukrayna xüsusi xidmət orqanlarına cəlb etdiyini bildirib. Onların tapşırığı ilə o, Moskvaya gəlib, yüksək güclü əldəqayırma partlayıcı qurğunu alıb və onu İ.A. Kirillovun evinin girişində saxladığı elektrik skuterinə qoyub. Hərbçinin yaşayış ünvanını izləmək üçün o, avtomaşını icarəyə götürüb və orada Wi-Fi videokamera quraşdırıb, görüntülər Dneprdəki (Ukrayna) təşkilatçılara onlayn olaraq yayımlanıb. Zabitlərin girişdən çıxması ilə bağlı video siqnal alındıqdan sonra PUA uzaqdan işə salınıb”.

Qətlə görə Özbəkistan vətəndaşına Ukrayna xüsusi xidmət orqanları tərəfindən 100 min ABŞ dolları məbləğində mükafat və Avropa İttifaqı ölkələrindən birinə yaşamaq üçün səyahət vəd edilib.

Saxlanılan şəxs Rusiya Federasiyasının İstintaq Komitəsinə təhvil verilib.

Törətdiyi cinayətlərin məcmusuna əsasən, onu ömürlük həbsə qədər cəza gözləyir.

 

Chosen
27
azpost.info

1Sources