EN

Ərdoğan Türkiyənin strateji məqsədini açıqladı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Avropa İttifaqına daxil olmaq perspektivi ölkəsinin strateji hədəfi olaraq qalır.

Vətəninfo.az  xəbər verir ki, o, bu mövqeyi Ankarada Avropa Komissiyasının sədri Ursula fon der Leyenlə danışıqlardan sonra keçirilən mətbuat konfransında bildirib.

“Aİ-yə üzvlük Türkiyə üçün strateji hədəf olaraq qalır. Aydındır ki, Aİ-yə üzv olmağımız həm Birlik, həm də ölkəmiz üçün mühüm investisiya olacaq. Son hadisələr Türkiyənin əsas dövlət kimi mövqeyini daha da gücləndirdi. Hazırkı danışıqlarımızın əsas gündəmi Türkiyə ilə Aİ arasında münasibətlərin canlandırılması üçün atıla biləcək ümumi addımlar olub. Biz gözləyirik ki, Aİ Türkiyənin üzvlük perspektivlərini gücləndirəcək yeni baxış təqdim edəcək”, – Ərdoğan bildirib.

Chosen
5
2
veteninfo.az

4Sources