EN

Tanışını öldürüb, meyiti basdıran şəxsə HÖKM OXUNDU

Abşeronda tanışını yumruqla vuraraq öldürüb, sonra meyiti basdırmaqda ittiham olunan Sərxan Əliyevin məhkəmə prosesi yekunlaşıb.

Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Sərxan Əliyev 17 il müddətinə azadlıqdan məhrum edilib.

    Qeyd edək ki, bu il aprelin 27-də Abşeron rayonu ərazisində 1984-cü il təvəllüdlü Zaur Seyfullayevin ölməsi barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub. Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında deyilir ki, məlumat əsasında Abşeron rayon prokurorluğu və rayon polis idarəsinin əməkdaşları tərəfindən isti izlər əsasında peşəkarlıqla icra olunan təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində 2002-ci il təvəllüdlü Sərxan Əliyevin Abşeron rayonunun Məmmədli kəndi ərazisində yerləşən fərdi yaşayış evlərində birində tanışı Zaur Seyfullayevlə spirtli içki qəbul etdikdən sonra aralarında yaranmış mübahisə zamanı sonuncuya yumruqla zərbə vurması nəticəsində onun yıxılaraq aldığı xəsarətdən ölməsi və bundan sonra zərərçəkmiş şəxsin meyitini basdırmasına əsaslı şübhələr müəyyən edilib.

    Sərxan Əliyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluğun qərarı əsasında şübhəli şəxs qismində tutulub.

    Həmçinin, Sərxan Əliyevin ilkin ifadəsi əsasında Zaur Seyfullayevin meyitinin basdırıldığı yer müəyyən olunaraq prokuror-kriminalist və ekspertin iştirakı çıxarılıb, iş üzrə zəruri ekspertizalar təyin olunmaqla istintaq-əməliyyat tədbirləri davam etdirilir.

    Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanaraq istintaq aparılıb.

     

    Chosen
    3
    3
    bakivaxti.az

    4Sources