EN

Bələdiyyə ilə iki qurum arasında torpaq mübahisəsi

Sabunçu rayon Bakıxanov bələdiyyəsi Bakı Şəhər İcra Hakimiyyətini və Əmlak Məsələləri Dövlət Komitəsini məhkəməyə verib. 

Qaynarinfo xəbər verir ki, bələdiyyə hər iki qurum barəsində ayrı-ayrılıqda iddia qaldırıb. 

Hər iki iş torpaq mübahisələri ilə bağlıdır. Bələdiyyənin hər iki iddiasına Bakı İnzibati Məhkəməsində baxılacaq. 

Qeyd edək ki, Bakıxanov bələdiyyəsinin sədri Ramis Nəsibovdur. 

Seyid

Chosen
22
1
qaynarinfo.az

3Sources