EN

22 yaşında qətl törətmişdi - 17 il həbs cəzası aldı

22 yaşında qətl törətmişdi - 17 il həbs cəzası aldıBirlikdə yeyib-içdikdən sonra tanışını öldürən Sərxan Əliyevin məhkəmə araşdırması başa çatıb.

"Qafqazinfo"nun məlumatına görə, 22 yaşlı Sərxanla 40 yaşlı dostu Zaur Seyfullayev hadisə günü Abşeron rayonunun Məmmədli qəsəbəsində yerləşən evdə birlikdə spirtli içki qəbul ediblər. Bu ərəfədə onlar arasında sözlü mübahisə yaranıb.

İttihama görə, Sərxan sonuncunu baş nahiyəsindən yumruqlayaraq öldürüb. Təqsirləndirilən şəxs cinayətin üstünü örtmək üçün meyiti basdırıb. Amma onun əməlinin üstü qısa müddətə açılıb.

Meyitin basdırıldığı yer müəyyən olunaraq prokuror-kriminalist və ekspertin iştirakı ilə çıxarılıb.

Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən sonuncu iclasda hökm oxunub. Hökmə əsasən, S.Əliyev köməksiz vəziyyətdə şəxsi öldürməkdə təqsirli bilinərək 17 il müddətinə azadlıqdan məhrum edilib.

Chosen
6
8
sonxeber.az

9Sources