Xəbər verdiyimiz kimi, bir neçə gün bundan əvvəl Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycan və Ermənistan arasında sülh sazişinin yaxın olduğunu bəyan etmişdi. Tribunainfo.az xəbər verir ki, türk nazir demişdi ki, bu prosesin tezliklə reallaşcağına böyük ümidlər bəsləyirlər.
“Hraparak” qəzeti bu açıqlamanı şərh edərək yazıb ki, Fidanın bu qədər nikbin olması səbəbsiz deyil. Yazıda vurğulanır ki, Türkiyə Suyriyadakı qələbəsindən sonra Qafqazda da anloji prosesləri həyata keçirməyə hazırlaşır. “Əksər analitiklər deyirlər ki, Ankara Suriyada uğur əldə etdikdən sonra Cənubi Qafqazda da mövqelərini möhkəmləndirmək üçün ciddi addımlar atacaq. Bu isə o deməkdir ki, Türkiyənin dediyi sülh sazişi Azərbaycan və Ankaranın istəklərindən ibarət bir sənəd olacaq”