EN

Dövlət qurumlarına məxsus yeni domenlərin sayı 47 %-dən çox azalıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 59 yeni domen dövlət qurumlarının istifadəsinə verilib.

"İki sahil" Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 47,3 % azdır.

Hesabat dövründə dövlət qurumlarının istifadəsinə 338 yeni subdomen də verilib ki, bu da 1 il əvvələ nisbətən 22,5 % çoxdur.

2023-cü ildə dövlət qurumları 119 yeni domen və 323 yeni subdomen alıb.

Chosen
29
1
ikisahil.az

2Sources