EN

Gerasimov "xüsusi əməliyyat” başlayandan Ukrayna ordusunun 1 milyona yaxın canlı qüvvə itirdiyini bildirib

‘Xüsusi əməliyyat” başlayandan bəri Ukrayna Silahlı Qüvvələri 1 milyona yaxın canlı qüvvə itirib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov bildirib.

Onun sözlərinə görə, müharibə başlayandan bəri Ukrayna ordusu 1 milyona yaxın ölü və yaralı, 20 minə yaxın tank və zirehli texnika itirib.

Gerasimov Ukrayna Silahlı Qüvvələrinin Kursk sərhəd bölgəsində 42 mindən çox insan, 1800-dən çox tank və zirehli texnikanı itirdiyini açıqlayıb.

O, Ukrayna ordusunun Kursk vilayətində irəliləməsinin dayandırıldığını, Ukrayna Silahlı Qüvvələrinin qrupları və muzdlularının Rusiyanın dərinliklərinə keçmək cəhdlərinin qarşısının alındığını söyləyib.

Rusiya ordusundakı yeniliklərdən danışan Baş Qərargah rəisi qeyd edib ki, 2024-cü ildə Quru Qoşunlarında 2 ümumqoşun ordusu və ordu korpusu, 16 birləşmə, həmçinin 2 hərbi dairə yaradılıb.

Onun sözlərinə görə, strateji nüvə qüvvələrinin yerdəki qruplaşmasının yenidən silahlanması tam başa çatıb, ölkə rəhbərliyi tərəfindən 2024-cü ildə Rusiya Federasiyası Silahlı Qüvvələrinin qarşısına qoyulan bütün tapşırıqlar yerinə yetirilib.

Chosen
40
46
apa.az

10Sources