EN

"Qərb Azərbaycanın qurbanlıq qoyun olmasını arzulayır" - Elçin Mİrzəbəyli "Onun 10 cavabı"nda

AZXEBER.COM-un \"Onun 10 cavabı\" rubrikasının budəfəki qonağı Milli Məclisin deputatı Elçin Mirzəbəylidir.
 
E.Mirzəbəyli ona ünvanlanan 10 sualı cavablandırıb.
 

1. Xoş gördük, Elçin bəy. Sizi oxucularımız çox sevimli şair, qələmi iti jurnalist, uğurlu baş redaktor, publisist və siyasi şərhçi kimi tanıyırlar. Artıq həm də millət vəkilisiniz. Bunlardan Elçin Mirzəbəyliyə ən yaxını hansıdır?

- Elə bir fərqi yoxdur. Onu qeyd edim ki, mən gənclik illərindən siyasətlə məşğulam və aktiv siyasətlə isə fəal olaraq həm siyasi funksioner, partiya funksioneri, eyni zamanda bir siyasi ekspert kimi də artıq 25 ildən çoxdur ki, fəaliyyətdəyəm. Paralel olaraq, siyasi jurnalistika, ayr-ayrı telekanallarda apardığım müəllif proqramları, siyasi mövzulu və yaxud \"talk show”lar və bütün bunlar əslində, mənim siyasətdə daha uzun müddət olduğumu sübuta yetirir. Ədəbiyyat məsələsinə gəldikdə isə ən əsası olan sərhədlərin doğru şəkildə müəyyənləşdirməkdir.Ədəbiyyat, təbii ki, emosiyanı, hissləri sevir, amma siyasətdə hisslərə yer yoxdur və daha çox soyuqqanlı olmaq lazımdır. Amma emosiyanın və paralel olaraq da hisslərin, duyğuların siyasətdə və ya da doğru istifadə olunmasının, müsbət təsiri var. Yəni, bir çox hallarda hadisələri proqnozlaşdırmaq və öngörmək üçün sənə yardımçı ola bilər.

2. Millət vəkili statusu Elçin Mirzəbəylinin həyatında nələri dəyişib?

- Mən qısa bir zamandır ki, bu statusa sahiblənmişəm. Bəlli olduğu kimi, oktyabr ayından etibarən fəaliyyət başlayıb. Prinsip etibarilə  qayğılar artıb. İnsanlarla iç-içə olmaq zərurəti var. Bu baxımdan, daha əvvəllər əgər sənə yalnız doğmalarının, yaxınlarının problemləri əziz idisə, belə deyək, yaxın idisə, indi hər kəsin problemiylə yaşamaq məcburiyyətində qalırsan. Təbii ki, bu da insanın bütün həyatını dəyişir, eyni zamanda təsəvvürlərini dəyişir, dünyagörüşünü dəyişir. O status insandan daha böyük məsuliyyət tələb edə bilir. Qənaətimə görə, buna statustan daha çox məsuliyyət kimi yanaşmaq lazımdır. 

3. Cəmiyyətdə bəzi hallarda deputatlar tənqid olunur. Sizcə, bunun səbəbi nədir?

- Haqlı tənqid və etik normalar çərçivəsində, yəni təhlil olunaraq, məsələnin mahiyyəti dərk olunaraq varsa,  bu proseslərin müsbət məcraya yönəlməsinə zəmin yarada bilər.Çünki insan özünü kənardan görmür və bir çox hallarda iradik ki, bir tənqid olursa, özünə şübhəsiz ki, çəki-düzən verə bilir. Lakin millətvəkili ayrı-ayrı fərdlərin arzularının ifadəçisi deyil.  Azərbaycanda nə qədər insan yaşayırsa, seçici varsa, onların hərəsinin bir baxış bucağı var. Millətvəkili yalnız obyektiv olanı, təkcə milli və dövlət maraqlarına xidmət edəni, ictimai maraqlara xidmət edəni dilə gətirməlidir. İctimai maraqlarla, dövlət milli maraqlarla şəxsin arzuları heç də üst-üstə düşməyə bilər. Bu aspektdən də qəzəblə, aqressiyayla, kütləvi linçləmə ilə millətvəkililərinə yanaşmağın doğru olmadığını düşünürəm.

4. Sosial mediadan aktiv istifadə edən deputatlardansınız. Sosial şəbəkələr cəmiyyətin güzgüsüdür? Ölkəmizdə Sosial medianın durumunu necə dəyərləndirirsiniz?

- Xeyr, çünki cəmiyyətdə sosial şəbəkələr doğulmayan və yaxud sosial şəbəkələrdə passiv şəkildə iştirak edən kifayət qədər insanlar var ki,  onlar hadisələrin gedişatına daha böyük təsir göstərə bilirlər. İctimai rəyin formalaşmasında aktiv şəkildə iştirak edə bilirlər. Nəinki sosial şəbəkələrdə ani emosiyalarını masa üzərinə boşalıb saçan qəhrəmanlar. Bu aspektdən düşünmürəm ki, sosial şəbəkələr xüsusilə də Azərbaycan cəmiyyətinin güzgüsüdür. Əslində, hər seqmentin öz bəlli olduğu kimi nümayəndələri var və seqmentlərə münasibətdə də bu güzgü dəyişir. \"Tiktok” güzgüsü ayrıdır, \"X” platformasının güzgüsü ayrıdır.Sosial media həyatımıza uzun müddətdir ki, daxil olmayıb, onun bugünkü və dünənki durumu haqqında müqayisə aparmaq mümkün olsun. Sözün doğrusu, heç də həmişə faydalı olduğunu düşünmürəm. Mənim fikrimcə, bu gün göz önündə olan resurslar qərbin, ayrı-ayrı dövlətlərin görünəsi maraqlarını ifadə edən və onlar tərəfindən idarə olunan resurslardır.Burada biz bəzən öz baxış bucağımızı ifadə etsək də, heç də həmişə obyektiv şəkildə bizim baxış bucağımızdan yanaşıldığının şahid olmuruq. Bu baxımdan da sosial şəbəkələrə münasibətdə spesifiklik yaradılır və düşünürəm ki, alternativlər yaradılmalıdır ki, orada dəyərlərin qorunması başlıca prioritet bir vəzifə olsun. Bu kontekstdə Türk dövlətləri təşkilatının özünün bir sosial platforması olsaydı, daha yaxşı olardı.

5. Ölkəmiz COP29 kimi mötəbər beynəlxalq tədbirə ev sahibliyi etdi. Sizcə Sözügedən tədbir Azərbaycana nə qazandırmış oldu?

- Birinci növbədə, məsələyə daxili aspektdən yanaşsaq, bu ekoloji mədəniyyətin formalaşmasına çox böyük bəhrə verdi. Bu qabarıq şəkildə hiss olunmasa da artıq görünür və düşünürəm ki, məhz bu kontekstdən ölkədaxili, bütüvlükdə ekoloji-mədəniyyətin formalaşması üçün vacib amillərdən biridir. Digər tərəfdən, Azərbaycanın qlobal miqyasda mövqelərinin güclənməsinə öz töhfəsini verdi və COP-29 özündən əvvəlki tədbirlərdən həm açıq dialoq formatında keçirildiyinə və eyni zamanda əlverişli bir informasiya mühitinin yaradıldığına görə fərqləndi. Əldə olunan nəticələr kifayət qədər uğurlu nəticələrdir və bu, özündən sonraki proseslərə də müsbət təsirlər göstərəcək. Azərbaycan COP-29-da əldə olunan nəticələrin davamlılığını  təmin edib ki, bu da böyük uğurdur.

6. Suriya Prezidenti Bəşər Əsəd Rusiyaya qaçdı. Sizcə, Suriyanı bundan sonra hansı proseslər gözləyir?

- Hər şey Suriyada cərəyan edəcək proseslərin gedişatından və region dövlətlərinin eyni zamanda Suriyada bu günə qədər hərbi və siyasi mövcudluğu olan dövlətlərin yanaşmasından asılıdır.İndi ziddiyyətli bir məqamdır. Suriyada bəlli olduğu kimi, vahid siyasi hərbi qüvvələr yoxdur. Vaxtı ilədə terror təşkilatları hesab olunanlar bu gün faktiki olaraq hakimiyyətə yönəliblər.Onların baxış bucağından çox şey asılıdır.  Digər tərəfdən, uzun illər boyu Türkiyə və yaxud dair ayrı dövlətlərə qarşı istifadə olunan qruplar ki var, o qrupların Suriyadakı proseslərdəki mövqeyi nədən ibarət olacaq? Bu da vacib məqamlardan biridir. 

7. Qərbin mənfur dairələri, xüsusən də ABŞ Azərbaycana qarşı son zamanlar ciddi qarayaxma kampaniyası həyata keçirməklə məşğuldurlar.Bu siyasətin arxasında hansı məqsədlər durur? Qərb Azərbaycandan nə istəyir?

- Qərb Azərbaycandan müthi olmaq istəyir, kölə olmağı və onun verdiyi tapşırıqları icra etməyini istəyir.  Eyni zamanda Azərbaycandan da digər qonşu dövlətlər kimi özünün ayrı-ayrı qütblərlə qarşı durmasından da istifadə etməyə, yararlanmağa çalışır. Qərb Azərbaycanın da qurbanlıq qoyun olmasını arzulayır. Bu aspektdən də bu günə qədər ölkəmiz necə ki, milli maraqların keşiyində dayanaraq qətiyyətli mövqeyini ortaya qoydusa, bundan sonra da proseslərinin eyni istiqamətdə davam edəcəyini qətiyyən şübhə etmirəm. Prinsipial məsələ budur. Eyni zamanda Azərbaycanın yaratdığı yeni reallıqlar Qərbin Cənubi Qafqazda, Cənubi Qafqaz üzərindən isə Mərkəz Asiyada siyasi maraqlarının, digər geosiyasi maraqlarının təmin olunmasına maneolur və bölgənin hərbi plastarma çevrilməsini imkan vermir. Qəzəb və kin də bundan qaynalanır. 

8. Bildiyiniz kimi, bu günlərdə Gürcüstanda etiraz aksiyaları keçirilir, etirazçılar Avropaya inteqrasiya tərəfdarlardır. Bu proseslər nə ilə nəticələnəcək? Gürcüstanı nə gözləyir? 

- Əslində, qərbə meylli, qərbə inteqrasiya tərəfdarları kimi yanaşma doğru deyil. Gürcüstanda bu ölkənin müstəqil dövlət olmasını və süveren hüquqlarını qoruyan bir dövlət olmasını müdafiə edən qütblərlə nüfuz müvəkkilləri arasında savaş gedir. Bu, uzun-uzadı cavab veriləcək bir sualdır. Çünki, məsələn, mahiyyətini burada qeyd etməyə lazımdır. Uzun illər boyu müxtəlif beynəlxalq təşkilatlar, donor təşkilatlar vasitəsilə Gürcüstanda böyük təsir agentləri şəbəkəsi yaradılıb. SSRİ-nin süqutundan sonra post-sovet Məkanında, eyni zamanda Şərqi Avropada yaradılan mərkəzlərdən biri də həmişə Tiflis olub.  Tiflis üzərindən qərbin maraqları həyata keçirilir və bu insanlar da təbii ki, bu prosesdə iştirak edənlər də özlərinin korporativ maraqlarını müdafiə edirlər.O qeyri-hökumət təşkilatları ki, iştirak edirlər prosesdə, onlar milyardlarla dollar bu günə qədər vəsaiti mənimsəyən, müxtəlif qrantlar altında təsisatlar, o cümlədən siyasi institutlardır. Bu aspektdən onlar həm də özlərinin maliyyə davalarını aparırlar.Burada söhbət təkcə geosiyasi maraqlardan getmir.

9. Qarşıdan bələdiyyə seçkiləri gəlir, bu prosesi necə dəyərləndirirsiniz? Bələdiyyələrin cəmiyyətdə rolunu artırmaq üçün hansı addımlar atılmalıdır?

- Təbii ki, bələdiyyələrin daha cazib ədər olmasını arzulayardım və bu da bələdiyyələrin statusunun yüksəldilməsində vacib faktorlardan biridir. Ümid edirəm ki, biz ölkədə aparılan islahatlar çərçivəsində  nə zamansa bələdiyyələrin fəaliyyətinin real məzmun  alacağının şahidi olacayıq.Çox arzulayardım ki, yeni insanlar bələdiyyələrə gəlsinlər, baxış bucaqları yeni olan xüsusilə də gənclər və onlar burada həm də bir məktəb keçə bilərlər. Prinsip etibarilə, bələdiyyələr çox vacib institutlardan biridir və qənaətimə görə də bələdiyyə seçkilərinə də bu kontekstdən yanaşmaq lazımdır. Birinci növbədə qanunvericilik çərçivəsində addımlar atılmalıdır. Təbii ki, daha öncə də qeyd etdiyim kimi idarəçilik sistemində aparılan islahatlar,  əlbəttə ki, daha sonrakı proseslərdə həm də bələdiyyələrin fəaliyyətinin stimullaşdırılmasına, səlahiyyət dəirələrinin genişləndirilməsinə keçməlidir. Bu, ümumi bir prosesdir və eyni zamanda cəmiyyət də bələdiyyə seçkilərində aktiv iştirak edərək, layiqli insanları prosesdə dəstəkləyərək öz töhfəsini verə bilər. 

10. Son olaraq, Azxeber izləyicilərinə nə demək istərdiniz.

- Azxeber və Azxeber izləyicilərinə birinci növbədə uğurlar arzu edirəm. Populyar saytdır və hər kəsin diqqətlə izlədiyi bir resursdur. Gənc olmasına baxmayaraq, böyük uğurlar qazanıb və bu uğurun əldə olunmasında da əsas yük Azxeber-in izləyicilərinin üzərinə düşür. Azxeber-i izləməkdə davam etsinlər.

Mikayıl Mirzəzadə
Xanlar Əlizadə
Chosen
44
azxeber.com

1Sources