Ötən gün AFFA-nın İcraiyyə Komitəsinin iclası keçirilib. Toplantıda bir sıra məsələlər müzakirə olunub. Onlar arasında ictimaiyyətə maraqlı olan iki məsələ də olub.
AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Məmmədli ilə əlaqə saxladıq. Federasiya rəsmisi açıqlmasında bu iki məsələ barədə məlumat verdi:
“Mingəçevir” futbol klubuna sponsorluqla bağlı ASTA ((Azerbaijan Sport Talents Academy) şirkətinin nümayəndəsi AFFA İcraiyyə Komitəsinin toplantısına dəvət olunmuşdu. O, görəcəkləri işlərlə bağlı təqdimatı nümayiş etdirdi. AFFA İcraiyyə Komitəsinin üzvləri onların planları ilə tanış oldular.
Bundan başqa, “Turan Tovuz” futbol klubu təsisçiliklə bağlı AFFA-ya rəsmi məktub ünvanlayıb. İcraiyyə Komitəsi üzvləri iclasda həmin məktubla da tanış oldular. Bununla bağlı, “Turan Tovuz” klubuna AFFA tərəfindən rəsmi cavab göndəriləcək”.//Publika.az