EN

ABŞ Dövlət Departamenti məhkəməyə verilib

ABŞ-də İsrailə dəstək verməklə insan haqlarının pozulması ilə məşğul olan ölkələrə yardım göstərilməsini qadağan edən “Leahy Qanunu”nu pozan ABŞ Dövlət Departamentinə qarşı məhkəmədə iddia qaldırılıb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə mərkəzi ABŞ-də olan  "Ərəb Dünyası üçün İndi Demokratiya" (DAWN) təşkilatı tərəfindən açıqlama verilib. Bildirilib ki, fələstinlilərin və Fələstin əsilli amerikalıların DAWN platformasının dəstəyi ilə Leahi Qanununa uymadığı üçün ABŞ Dövlət Departamentinə qarşı iddia qaldırılıb. 

Bəyanatda İsrailin işgəncə, zorla yoxa çıxarma, uzun müddətli həbs və mülki şəxslərə qarşı qəsdən hücumlar kimi insan haqları pozuntuları törətdiyi, Leahi Qanununun bütün ölkələrə bərabər şəkildə tətbiqinin məcburi olduğu, lakin Xarici İşlər nazirliyinin İsrailə “istisna” verdiyi bildirilib.

Bundan əlavə, bəyanatda İsrailin soyqırım, mülki əhalinin qəsdən öldürülməsi, qida, su, yanacaq və dərman kimi əsas ehtiyaclardan məhrum edilməsi kimi cinayətlər törətdiyi qeyd edilib.

DAWN-in icraçı direktoru Sarah Leah Vhitson Dövlət Departamentinin bu günə qədər İsrail təhlükəsizlik qüvvələrinin heç bir bölməsinə sanksiya tətbiq etmədiyini vurğulayıb: "Bu iddia Dövlət Departamentindən İsrail təhlükəsizlik qüvvələrinə yardımı qadağan edən Leahi Qanununu tətbiq etməsini tələb edir". 

Qeyd edək ki, 1997-ci ildə ABŞ-də qəbul edilən Leahi Aktı ABŞ-nin insan hüquqlarının pozulmasında iştirak edən xarici təhlükəsizlik qüvvələrinə yardımını qadağan edir.

Chosen
12
cebheinfo.az

1Sources