EN

Varşava Şopen Hava Limanı şübhəli obyekt səbəbilə qismən BOŞALDILDI

Varşava Şopen Hava Limanı şübhəli obyekt səbəbilə qismən boşaldıldı.

Bu barədə RMF24 məlumat yayıb, “Evropeyskaya Pravda” isə xəbəri təsdiqləyib.

Əl yükünün yoxlanışı zamanı sərnişinlərdən birinin baqajında şübhəli əşya aşkar edilib.

Hava limanının sözçüsü Anna Dermont bildirib: “C və D zonalarında təhlükəsizlik yoxlaması zamanı əl yükündə şübhəli əşyalar aşkar edilib”.

Bunun nəticəsində həmin ərazinin boşaldılması elan olunub. “Hazırda xidmət əməliyyatları davam edir,” – deyə Dermont əlavə edib.

Terminala gedən yollar da bağlanıb.

Təhlükəli əşya saat 10:00 radələrində aşkar edilib. Saat 11:00-a qədər təxliyə tamamlanıb, təhlükə aradan qalxıb və vəziyyət normallaşıb.

Bundan əlavə, çərşənbə günü səhər Varşava metrosunun sərnişinləri tuneldə baş verən yanğın səbəbindən təxliyə edilib.

Varşava yaxınlığında yerləşən Milli Nüvə Tədqiqatları Mərkəzində də yanğın baş verib və bir neçə nəfər xəsarət alıb.

Chosen
32
yenicag.az

1Sources