EN

Vəkilliyə qəbul üzrə yazılı test imtahanı keçirilib

Dekabrın 18-də Dövlət İmtahan Mərkəzinin Elektron İmtahanlar Korpusunda Vəkillər Kollegiyası (ARVK) və DİM ilə birgə ARVK-ya və Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyasına vəkilliyə qəbul üzrə yazılı test imtahanı keçirilib.Bu barədə ARVK-dən məlumat verilib.

Bildirilib ki, yeni üzvlərin, xüsusən gənc hüquqşünasların qəbul edilməsi üçün şərait yaradılması barədə tövsiyəsi rəhbər tutularaq daimi əsaslarla aparılan sənəd qəbulu nəticəsində 365 nəfər vəkilliyə namizədin sənədləri qəbul edilib.

Belə ki, 3 saat davam edən vəkilliyə qəbulla bağlı test imtahanında ümumilikdə 356 nəfər iştirak edib. ARVK-ya qəbulla bağlı test imtahanında iştirak edən namizəddən 235 nəfəri, NMRVK-ya sənəd verən 5 namizəddən isə 3 nəfəri uğur qazanıb.

Şəffaf şəraitdə keçirilən imtahanda bir çox yerli və beynəlxalq, dövlət və qeyri-hökumət təşkilatlarından müşahidəçilər, televiziya və mətbuat nümayəndələri iştirak edib.

ARVK-ya qəbulla bağlı ixtisas imtahanlarının yazılı test mərhələsindən uğur qazanan namizədlər Sənəd Qəbulu Komissiyasına 07.01.2025-cü il tarixdən 07.02.2025-cü il tarixədək aşağıdakı sənədləri təqdim etməlidirlər:

www.anews.az
Chosen
45
8
anews.az

10Sources