EN

Azərbaycanda 6 milyon manatlıq şirkət nizamnamə kapitalını azaldır

“MilliKart” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) nizamnamə kapitalının azaldığını elan edib.

Yenicag.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetindən məlumat əldə edib.

Bildirilib ki, kreditorlar öz tələblərini bir ay ərzində Bakı şəhəri, A.Mustafayev 5A ünvanına bildirə bilərlər.

Qeyd edək ki, “MilliKart” Məhdud Məsuliyyətli Cəmiyyəti 2006-cı ildə dövlət qeydiyyatına alınıb.

Nizamnamə kapitalı 6 milyon manat olan şirkətin qanuni təmsilçisi Muxtarov Emin Rüstəm oğludur.

Chosen
37
3
yenicag.az

4Sources