EN

Müasir dövrdə media savadlılığının artırılması günümüzün əsas tələbləri sırasındadır - Vüqar Rəhimzadə

Bakı. Trend:

Azad medianın inkişafı dövlət siyasətinin əsas tərkib hissəsikimi diqqətdədir. Dövlət başçısı İlham Əliyev daim bu çağırışı edirki, müasir dünyada azad medianın səviyyəsi hər bir ölkəninsəviyyəsini göstərir. Azərbaycanın müstəqillik tarixinin 1993-cüildən bu günə qədərki dövrünün təhlili belə bir reallığıtəsdiqləyir ki, dövrün tələblərinə uyğun olaraq həyata keçirilənislahatlar prosesi mediada da geniş şəkildə özünün aydın ifadəsinitapır. Bütün dövrlər üçün aktuallığını qoruyan əsas hədəflərdənbiri jurnalist peşəkarlığının və məsuliyyətinin artırılmasıdır.Nəzərə alsaq ki, ictimai fikrin formalaşmasında yazılı və elektronKİV-lərin üzərinə böyük məsuliyyət düşür, bu halda onlarınictimaiyyətin informasiya tələbatını hansı səviyyədə, daha dəqiqdesək, informasiyaların dəqiqliyinin yoxlanılması şəraitindəödəmələri daha böyük önəm daşıyır. Digər tərəfdən, bu mühüm məqamıda xüsusi qeyd etməliyik ki, Azərbaycan internetin azad olduğuölkələr sırasındadır. Ölkə əhalisinin 85 faizindən çoxu internetistifadəçisidir. Bu mühüm statistik rəqəm də jurnalistpeşəkarlığının və məsuliyyətinin aktuallığını təsdiqləyir.Azərbaycan dövlətinin mətbuatın inkişafına yönələn addımlarıdavamlılığı ilə diqqətdədir. Əgər mətbuat da öz növbəsində, üzərinədüşən missiyanı sözün həqiqi mənasında söykəndiyi prinsiplərəsasında yerinə yetirərsə, bu halda həmin mətbu orqana cəmiyyətdəinam da böyük olar, KİV-lər əhalinin informasiya tələbatını dahadolğun şəkildə ödəyər.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-əaçıqlamasında bildirib.

Millət vəkili vurğulayıb ki, ölkəmizdə “Media savadlılığı”Həftəsinin keçirilməsi də jurnalist peşəkarlığının artırılmasıbaxımından xüsusi əhəmiyyət kəsb edir. Media savadlılığı özündəmühüm çağırışları ehtiva edir. Təbii ki, bu tələb jurnalistin əldəetdiyi informasiyanın dəqiqliyini araşdırmadan cəmiyyətə təqdimetməsinin mümkünsüzlüyünü ortaya qoyur. Dezinformasiyanın hansıproblemlərə yol açdığını unutmamalıyıq. Dövlətimizin başçısı İlhamƏliyevin hələ 2016-cı ildə Heydər Əliyev Fondunun və AZƏRTAC-ınbirgə təşkilatçılığı ilə Bakıda Dünya Xəbər Agentliklərinin VKonqresinin, Asiya və Sakit Okean Ölkələri İnformasiya AgentlikləriTəşkilatının (OANA) XVI Baş Assambleyasının birgə açılışmərasimindəki çıxışında dezinformasiyaların yaratdığı problemlərdənbəhs edərək bu məqamı vurğulamışdır ki, bəzən mediada gördüklərimizvə oxuduqlarımız reallıqdan fərqlənir: “Bunu şəxsi təcrübəmdən deyəbilərəm. Əlbəttə, istənilən dövlətin Prezidenti kifayət qədər dəqiqməlumat mənbələrinə malikdir. Ancaq beynəlxalq media vasitəsiləizlədiyimiz bu və ya digər eyni hadisə onun kim tərəfindən təqdimedilməsindən asılı olaraq, bəzən fərqli şəkildə çatdırılır. Yəni,burada siyasi motivlər və müəyyən mənada müxtəlif siyasi dairələrinmüdaxiləsinin şahidi oluruq. Hadisələrin gedişi müəyyən çərçivəyəsalınır, təqdim edilməli olan məsələlər müəyyənləşdirilir, digərmövzular isə qadağan edilir.” Prezident İlham Əliyev sözügedəntədbirdə medianın rolu ilə yanaşı, məsuliyyətinin də artdığınıdiqqətə çatdırmışdır. Azərbaycanın belə tədbirlərə ev sahibliyinimüstəqil medianın inkişafı sahəsində Azərbaycanın fəaliyyətinin vənailiyyətlərinin yüksək qiymətləndirilməsinin göstəricisi kimidəyərləndirən dövlətimizin başçısı bildirmişdir ki, hamımız azadmedianın tərəfdarıyıq. Hamımızın, xüsusilə də 70 il Sovetİttifaqının tərkibində yaşamış Azərbaycan kimi dövlətlərin doğruməlumata ehtiyacı var. O dönəmdə yalnız vahid rəsmi siyasət vəvahid ideologiya mövcud idi və bizim heç bir məlumata çıxışımız yoxidi. Təkcə bizim deyil, bütün ölkələrin və xalqların həqiqətənnələrin baş verdiyi ilə bağlı məlumat əldə etmək hüququ var.

Vüqar Rəhimzadə bildirib ki, Prezident İlham Əliyev bütünçıxışlarında ölkəmizdə azad mətbuatın inkişafından bəhs edərkəndaim informasiyanın dəqiqliyinin vacibliyini xüsusi vurğulayır.Səsləndirilən hər bir çağırış mətbuatın qarşısında mühüm vəzifələrqoymaqla yanaşı, qarşıdakı dövrdə hədəflərə yüksək səviyyədə nailolmaq üçün yol xəritəsidir.

Milli Məclisin deputatı diqqəti “Media savadlılığı” Həftəsiçərçivəsində Medianın İnkişafı Agentliyinin (MEDİA) təşkilatçılığıilə keçirilən “Media savadlılığı” konfransına yönəldərək qeyd edibki, Medianın İnkişafı Agentliyinin yaradılması da dövlətimizinmüasir çağırışları özündə əks etdirən islahatlar prosesinin tərkibhissəsidir. Belə ki, dövlətimizin başçısı İlham Əliyevin tarixiZəfərimizin reallıqları əsasında imzaladığı “AzərbaycanRespublikasında media sahəsində islahatların dərinləşdirilməsihaqqında” Fərmanında da qeyd edildiyi kimi, qlobal informasiyamühitinin müəyyənləşdirdiyi fəaliyyət prinsiplərinə uyğun olaraqmodernləşmə, qabaqcıl texnologiyaların geniş tətbiqi, aparıcıtrendlərin izlənilməsi və digər mühüm şərtləri özündə birləşdirəninnovativ təkamülün yaratdığı imkanlardan Azərbaycan mediasınındaha çox bəhrələnməsi, onun şəffaflıq və vətəndaş məmnunluğuprinsiplərinə əsaslanan, cəmiyyətin obyektiv və peşəkar şəkildəməlumatlandırılmasına xidmət edən fəaliyyətinin stimullaşdırılmasıüçün bu sahədə əsaslı islahatlar aparılmasına zərurət yaranır. O dabildirilir ki, ötən dövr ərzində Azərbaycan mediası özünəməxsusinkişaf yolu keçmiş, ölkəmizdə və dünyada baş verən hadisələrləbağlı cəmiyyətin məlumatlandırılması, xalqımızın haqq səsinin dünyaictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü fəaliyyətgöstərmişdir. Bununla yanaşı, Azərbaycanda həyatın hər bir sahəsiniəhatə edən köklü islahatların həyata keçirildiyi, habelə bütündünyanı əhatə edən vahid informasiya məkanında yeniliklərinintensiv xarakter aldığı, kommunikasiya vasitələrinin sürətləinkişaf etdiyi, mütərəqqi texnologiyaların, iş metodlarının tətbiqolunduğu müasir dövrdə media sahəsində keyfiyyət dəyişikliklərinəehtiyac var. Həmin sənədə uyğun olaraq Medianın İnkişafıAgentliyinin yaradılması və son üç ildə həyata keçirdiyi layihələr,atdığı addımlar azad medianın inkişafına, jurnalist peşəkarlığınınartırılmasına böyük töhfələrdir. Keçirilən “Media savadlılığı”mövzusunda konfrans da bunun bariz nümunəsidir.

Vüqar Rəhimzadə bildirib ki, media savadlılığının artırılmasıdavamlı prosesdir. Jurnalistin dövrün tələblərinə uyğun olaraq daimtəkmilləşməsi mütləqdir. Təbii ki, bu kimi təkmilləşmələr,peşəkarlığın artırılması mediada yayılan məlumatın dəqiqliyini,yaxud reallığı əks etdirmədiyini müəyyənləşdirməyə yardımçı olabilər. Dövlətimizin başçısı İlham Əliyev bu ilin iyulunda yalanməlumatların ifşası və dezinformasiyaya qarşı mübarizə mövzusundakeçirilən 2-ci Şuşa Qlobal Media Forumunda “Sizcə, biz nə dərəcədəçətin vəziyyətdəyik, böhran nə dərəcədə ağırdır” sualınıcavablandırarkən bildirdi ki, təəssüflər olsun bu gün dünyada başverənlər məhz bu mövzunun bir növ qurbanına çevrilib. Bu, bizimartıq həyat tərzimizin bir hissəsinə çevrilib. Bəzən təəccüblənirikki, Azərbaycan haqqında beynəlxalq mediada yayılan məlumatlarhəqiqətə uyğun olmur: “Mən xatırlayıram ki, müxtəlif xariciqonaqlarla görüşlərimdə, səmimi söhbətlərdə, mütləq hallarda mənəötürülən mesaj olur ki, biz Azərbaycanın bu dərəcədə inkişaf etmişölkə olduğunu gözləmirdik və ona görə də bu narrativlər çoxzərərvericidir. Bu, təkcə ölkənin nüfuzunu ləkələmir. Bu, ölkəninbiznes potensialını, sərmayə imkanlarını azaldır. Bu, beynəlxalqictimaiyyətin əsas məsələlərdən diqqətini yayındırır və tamamiləqeyri-realist ssenarilər üzərinə yönəldir.”

Millət vəkili belə bir ümumiləşdirməni aparıb ki, demokratikinkişafın mühüm göstəricilərindən biri kimi çoxsaylı mətbuorqanların fəaliyyəti, eyni zamanda, yayılan informasiyalarınbolluğu fonunda məlumatların dəqiqliyinin müəyyənləşdirilməsi təbiiki, bacarıq tələb edir. Bu da öz növbəsində media savadlılığınınartırılmasını aktuallaşdırır. 2022-ci ildə qəbul olunan yeni “Mediahaqqında” Qanunda da bu, əsas tələb kimi irəli sürülür.

Chosen
28
8
az.trend.az

8Sources