EN

"Qərb Ermənistanı öz orbitinə çəkmək istəyir" - Gerasimov

Qərb ölkələri Ermənistanı öz təsir zonasına çəkməyə və Gürcüstanda vəziyyəti destabilləşdirməyə çalışır.

SeherXeber.org xəbər verir ki, bunu Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gersimov xarici hərbi attaşelər üçün keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, bu cəhdlər Ukrayna ssenarisi üzrə ölkəni aktiv anti-Rusiya aksiyalarına cəlb etməkdə maraqlı olduğunu göstərir:

“Cənubi Qafqazda vəziyyət ağır olaraq qalır. Regiondankənar oyunçuların, ilk növbədə, ABŞ və Avropa İttifaqının regionda mövqelərini möhkəmləndirmək, Gürcüstanı saxlamaq və Ermənistanı öz təsir orbitinə çəkmək istəyi onun inkişafına dağıdıcı təsir göstərir”./Yenisabah.az/

Chosen
34
7
seherxeber.org

10Sources