EN

Bundestaq deputatı Rusiya ilə qaz tədarükü ilə bağlı danışıqlara çağırıb

Berlin “Şimal axını 2” qaz kəmərinin sağ qalan qolu vasitəsilə Almaniyaya qaz nəqlinin bərpasına dair Rusiya ilə danışıqlara başlamalıdır.

NOCOMMENT.az xəbər verir ki, bunu Bundestaqın Sara Vaqenknext Blokundan olan deputatı Klaus Ernst “X” sosial şəbəkəsində bildirib.

Siyasətçi qeyd edib ki, almanlar nəhayət, “əlverişli enerjini” qaytarmalıdırlar.

“Biz Rusiya ilə “Şimal Axını” nın qalan hissəsi üzrə təbii qazın tədarükü ilə bağlı danışıqlara başlamalıyıq! – deyə o vurğulayıb.

Ernst əlavə edib ki, Almaniya bundan sonra siyasi kursunu Almaniyadakı böhrana görə məsuliyyət daşıyan ABŞ-ın siyasətinə uyğunlaşdırmamalıdır.

Chosen
24
nocomment.az

1Sources