EN

FED-in qərarından sonra

ABŞ Federal Ehtiyat Sisteminin (FED) uçot dərəcəsini açıqlaması ilə qızıl kəskin ucuzlaşıb.
Metbuat.az-ın məlumatına görə, FED-in faiz dərəcəsinin 25 baza bəndi endirilməsi xəbəri ilə qızıl sürətlə dəyər itirib.Gün ərzində də eniş və durğunluq tendensiyası müşahidə olunan qızılın bu reaksiyası investorlar tərəfindən mənfi qarşılanıb. FED 2025-ci ildə gözlənilən faiz endirimi sayını 4-dən 2-yə saldığını açıqlayıb. Bazar gözləntiləri isə endirimin 3 faiz olacağı yönündə idi. FED-in sərt mövqeyini qoruyacağı ehtimalı bazarlarda narahatlıq yaradıb.

Qeyd edək ki, qızılın bir unsiyası bu günə 2643 dollar səviyyəsindən başlayıb. Gün ərzində ən aşağı 2615 dollar, ən yüksək isə 2651 dollar səviyyəsi qeydə alınıb. Hazırda isə 2619 dollar ətrafında ticarət olunur.

Chosen
7
metbuat.az

1Sources