Murmansk vilayətində iki qatarın toqquşması nəticəsində xəsarət alanların sayı 22 nəfərə çatıb.
Bizim.Media xəbər verir ki, bu barədə “İzvestiya” məlumat yayıb.
Bildirilib ki, xəsarət alanlardan üçü azyaşlıdır:
“Hazırda 18 nəfər xəstəxanaya yerləşdirilib, onlardan üçünün vəziyyəti ağırdır”.
Qeyd edək ki, ötən gün axşam saatlarında Rusiyanın Murmansk vilayətinin cənubunda sərnişin qatarı yük qatarı ilə toqquşub. Murmanskdan Sankt-Peterburqa gedən sərnişin qatarı Knyazhaya stansiyasına çatan zaman yük qatarı ilə toqquşub. Hadisə nəticəsində üç vaqon relsdən çıxıb.
Bizim.Media