EN

Uşaqların beyin inkişafını dəstəkləyən QİDALAR

Bu gün valideynləri narahat edən əsas məsələlərdən biri övladlarının yaddaş zəifliyi səbəbilə dərslərindən geri qalmasıdır. Bu səbəbdən bəzi valideynlər müxtəlif vitaminlərdən istifadə etməyi üstün tuturlar.

 

Bu problemi aradan qaldırmaq üçün valideynlər nələrə diqqət etməlidirlər?

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən pediatr Günay Rəsulova valideyinlərə tövsiyələr verib:

 

“İnkişafda olan uşaq orqanizması üçün beyin inkişafına müsbət təsir göstərərək yaddaşı gücləndirən qidaların bol - bol istifadə edilməsinə diqqət göstərmək lazımdır. Uşaqlarda yaddaşı gücləndirən əsas qidalardan biri də balıq-İnsan orqanizması omega-3 ü sintez etmir və bu səbəbdən bu faydalı elementin kənardan alınması şərtdir.Ən güclü omeqa-3 qaynağı isə balıqdır.Beyin üçün çox faydalı olan omeqa-3 almaq üçün uşaqlara həftədə ən az 2 dəfə balıq verməyinizi tövsiyə edirik. Daha sonra yaşıl yarpaqlı tərəvəzlər-xüsusilə də ispanaq,brokoli yaddaş və diqqətin konsentrasiyası üçün, çiyələk, böyürtkən-beyin hüceyrə zədələnməsindən övladınızı qoruyur və uşaqlara əvəzedilməz qidalardır.


Eyni zamanda çərəzlər-qoz,fındıq,fıstıq,badam həm güclü antioksidant həm də yaddaş gücləndiricilərdir. Qara şokolad-tərkibində isə üksək kakao olan qara şokolad yeyərkən insan orqanizmasında endorfin sintezi artır ki,endorfin də yaddaş və konsantrasiyanı gücləndirir.


Daha sonra süd və süd məhsulları-həm böyümə və inkişaf üçün həm də yaddaş üçün əvəzedilməz qidalardır.
Yumurta-A.B,B12,D vitamin,dəmir,proteinlə zəngin yumurta yaddaşı gücləndirir. Taxıllar buğda,düyü,qarabaşaq,və s kimi taxıl məhsullari da həmçinin yaddaşı gücləndirir.

 


Valideyinlər bütün bu yeyəcəkləri bol- bol övladlarına  verərək,eyni zaman sağlam gün rejimi-yuxu və qida qursanız sağlam övlad yetişdirdiklərinə əmin ola bilər".

Chosen
17
1
azedu.az

2Sources