EN

Almaniyanın silah ixracatı rekord səviyyəyə çatdı

Almaniya hökuməti bu il 13,2 milyard avro dəyərində silah ixracına lisenziya verib. Bu rəqəm ötən il 12,2 milyard avro olub.

Teleqraf.com xəbər verir ki, ixracatın 8,1 milyard avroluq hissəsini müharibə silahları, 5,1 milyard avrosunu isə digər silahlar təşkil edir.

İxrac həcminin belə yüksək olmasının əsas səbəbi Ukraynada davam edən müharibədir. Bu ölkəyə 8,1 milyard avroluq (62 faiz) hərbi texnika ixrac olunub. Federal hökumət Sinqapura 1,2 milyard, Əlcəzairə 559 milyon, ABŞ-a 298,5 milyon, Türkiyəyə 230,9 milyon, Hindistana 224 milyon avro dəyərində silah ixracına icazə verib.


Müəllif: Teleqraf.com
Chosen
30
13
teleqraf.com

10Sources