EN

"Real Madrid" dünyanın ən güclüsü oldu

Futbol üzrə Qitələrarası kubokun qalibi bəlli olub.

Milli.Az axar.az-a istinadən bildirir ki, həlledici oyunda İspaniyanın "Real Madrid" və Meksikanın "Paçuka" komandaları üz-üz gəlib. Qətərin paytaxtı Doha şəhərində keçirilən matç Madrid təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qolları Kilian Mbappe, Rodriqo və Vinisius Junior vurublar. Görüşü Venesueladan olan baş hakim Xesus Valensuela idarə edib.

Milli.Az

Chosen
37
milli.az

1Sources