EN

Əyalət rəhbəri: "Kanada heç vaxt ABŞ-nin 51-ci ştatı olmayacaq"

"Kanadalılar ölkələrinin ABŞ-nin 51-ci ştatı olmasına icazə verməyəcəklər".

Bakıvaxtı.az "The Guardian"a istinadən xəbər verir ki, bunu Kanadanın ən böyük Ontario əyalətinin rəhbəri Duq Ford deyib.

Amerikanın seçilmiş prezidenti Donald Trampın son bəyanatını şərh edən siyasətçiyə görə, sakinlər öz ölkələri uğrunda mübarizə aparacaqlar.

"Biz heç vaxt 51-ci dövlət olmayacağıq. Biz Kanadayıq. Biz kanadalı olduğumuz üçün fəxr edirik. Bunun üçün həmişə mübarizə aparacağıq", - deyə Ford qeyd edib.

Gülşən Şərif

Chosen
25
bakivaxti.az

1Sources