Daşkəsəndə intihar hadisəsi olub.
Leqal.info xəbər verir ki, hadisə rayonun Qaratağlar kəndində baş verib.
Belə ki, kənd sakini 1966-cı il təvəllüdlü R.Huseynova yaşadığı evdə özünü asıb.
Onun meyiti yaxınları tərəfindən asılmış vəziyyətdə tapılıb.
Qadının hansı səbəbdən intihar etdiyi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Leqal.info