EN

Bu günə qədər 1053 nəfər imza vərəqələrini MSK-ya qaytarıb

Bələdiyyə seçkiləri ilə əlaqədar bu günə qədər 1053 nəfər imza vərəqələrini Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edib. SİA xəbər verir ki, bunu MSK sədrinin müavini Rövzət Qasımov jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, ümumilikdə 6 min 872 nəfərin namizədliyi irəli sürülüb. 350-yə yaxın namizəd qeydə alınıb. Müraciət edənlərin yarıdan çoxu 21-35 yaşlı şəxslərdir.

Qeyd edək ki, 2025-ci il yanvarın 29-da Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək.

Chosen
35
5
sia.az

9Sources