EN

Fransada fəlakət: ölənlərin sayı minlərlə ola bilər

Fransanın Xarici Ərazilər üzrə Naziri Fransua-Noel Buffet dağıdıcı “Çido” siklonuna reaksiyanı sürətləndirmək üçün Mayottedə “müstəsna fəlakət vəziyyəti” elan edib.

Editor.az bildirir ki, bu barədə “France Info” radiostansiyası müvafiq nazirliyin kommünikesinə istinadən məlumat yayıb. Xüsusi rejim uzadılma imkanı ilə bir ay müddətində qüvvədə olacaq. Qeyd olunur ki, hakimiyyət bu qərarı böhranın həlli və adanın infrastrukturunun bərpası üçün inzibati prosedurları sadələşdirmək və lazımi resursları səfərbər etmək üçün qəbul edib.

Fransa Meteorologiya Xidməti dekabrın 14-də Mayotteni vuran “Çido” siklonunun son 90 ilin ən güclüsü olduğunu bildirib. Küləyin sürəti 60 m/s-ə çatıb. Xarici departamentin prefekti Fransua Xavier-Bieville qasırğa ilə bağlı yüzlərlə, hətta minlərlə insan itkisini istisna etməyib. BFMTV kanalının məlumatına görə, ölənlərin sayı 31-ə çatıb.Fransa prezidenti Emmanuel Makron dekabrın 19-da Mayottaya gəlməlidir və faciə ilə bağlı milli matəm elan etməyi planlaşdırır.

//Samir Qurbanov, Editor.az

Chosen
28
editor.az

1Sources