Kamerun millisinin və “Bavariya”nın sabiq hücumçusu Erik Çupo-Motinq MLS-də çıxış edəcək.
QOL.az xəbər verir ki, 35 yaşlı hücumçu “Nyu-York Red Bulz”a keçib. Bu barədə ABŞ klubunun rəsmi saytı məlumat yayıb.
Kamerunlu forvard yeni klubu ilə 2 illik müqavilə bağlayıb.
Qeyd edək ki, Çupo-Motinq 2024-cü ilin yayında "Bavariya"dan ayrıldıqdan sonra azad agent statusu daşıyırdı. O, “Hamburq”, “Nürnberq”, “Maynts”, “Şalke”, “Stok Siti”, PSJ, “Bavariya klublarında oynayıb.