EN

Türkiyə yad ölkədə kosmos bazası qurur

Türkiyə

Afrikadakı sərmayələrini artıran Türkiyənin Somalidə kosmos bazası qurmaq planı qüvvəyə minib.

Reyting.az
xəbər verir ki, Somali prezidenti Həsən Şeyx Mahmud paytaxt Moqadişoda keçirilən tədbirdə Türkiyənin kosmos proqramını inkişaf etdirmək üçün Somalidə raket-buraxılış qurğusu inşa etməyə başladığını açıqlayıb.

Layihənin ölkədə məşğulluq və gəlir yaratmağa kömək edəcəyini vurğulayan prezident deyib: “Türkiyə peykləri üçün fırlatma meydançasına ev sahibliyi etmək onun yaradacağı milyardlarla dollar və imkanlardan daha vacibdir. Somalinin Afrika qitəsinin şərq ucunda yerləşməsi, Ekvatora yaxınlığı ilə Hind okeanına doğru kosmos buraxılışları və atışlar üçün ideal hesab olunur”.

Qeyd edək ki, Türkiyənin Somalidəki kosmodrom layihəsi daha əvvəl də beynəlxalq mediada yer alıb və bunun Somali parlamentində təsdiqləndiyi bildirilib. Məlumata görə, layihəyə ballistik raket-sınaq meydançası da daxildir.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 2022-ci ildə yerli istehsal olan “Tayfun” raketlərinin uçuş məsafəsini 560 kilometrə çatdırmaq üçün səylərin göstərildiyini açıqlamışdı.

V. QULİYEV
Chosen
8
reyting.az

1Sources