EN

İsrail indi də bu ölkəni hədəf seçib bombaladı

İsrail Yaxın Şərqdə münaqişə coğrafiyasını genişləndiməkdədir. İsrail ordusu Qəzza, Livan və Suriyadan sonra Yəməni hədəf seçib.

Ölkə.Az xəbər verir ki, İsrail ordusu Yəməndə İranın dəstəklədiyi husilərə qarşı bir sıra hava zərbələri endirib. 

İsrail Ordusunun sözçüsü Aviçay Adraee bildirib ki, İsrail döyüş təyyarələri Yəməndə husilərə aid hərbi hədəfləri bombalayıb.

Adraee hücumun səbəblərini husilərin İsrailə PUA və husilərin Yəməndən həyata keçirdiyi raket zərbələrinə adekvat cavab kimi dəyərləndirib.

Adraee bildirib ki, İsrailin Yəmənə endirdiyi hava hücumları paytaxt Sənanın enerji infrastrukturu ilə yanaşı limanları da hədəf alıb.

Husilərə bağlı SABA xəbər agentliyinin yaydığı xəbərdə də İsrail ordusunun paytaxt Səna və Qırmızı dəniz sahilindəki Hudeydə şəhərinə silsilə hava zərbələri endirdiyini təsdiqləyib.

Mürtəza
Ölkə.Az

Chosen
14
24
olke.az

10Sources