EN

Blogerin ölümünün detalları

Xəbər verdiyimiz kimi, Bakıda daha gənc bir qız saxta plastik cərrahın qurbanı olub. Bu dəfə 23 yaşlı Nərmin İsgəndərova həyatını itirdi. Hadisə “cəhənnəm yuvası” kimi tanınan Mərcan Klinikasında baş verib.

Publika.az xəbər verir ki, bunu Amerikada yaşayan jurnalist Qənirə Ataşova sosial media hesabında yazıb.

O bildirib ki, baş verən hadisələri Nərmin İsgəndərovanın anası Şahnaz Mehdiyeva danışıb.

“Nərminin anasının dediyinə görə qızına qarın gərmə və bədən şəkilləndirmə əməliyyatını Nurlan Həsənli edib. Əməliyyatdan bir müddət sonra xəstənin yarasından çirkli su axmağa başlayıb. Nərmin bu barədə həkiminə məlumat versə də, təəssüf ki, bir çox saxta plastik cərrahlar kimi, Nurlan Həsənli də xəstəsinə laqeyd yanaşıb. Ailəsinin sözlərinə görə, gənc qız irin axan yarasına öz imkanları ilə dərman tapmağa çalışıb. Lakin yolda halı pisləşib və oradaca dünyasını dəyişib”.

Şahnaz Mehdiyeva səs yazısında təfərrüatları belə açıqlayıb: “Qızımın halı pisləşəndə həkim ona boyun olmadı və onu başqa xəstəxanaya yönləndirdi. Günü 180 manatdan orda qalmalı imiş. Nərminin imkanı olmadığı üçün getməyib, evdə müalicə olunub. Dekabrın 17-də səhər 8-ə işləmiş dərman almağa gedəndə səkidə yıxılıb rəhmətə gedib. Onun dörd yaşında qızı qalıb. Həkim telefonlara cavab vermir. Müstəntiq deyir ki, dördüncü xəstədir ki, onun əlində ölüb”.

Qənirə Ataşova isə qeyd edib ki, iddialara görə Nurlan Həsənli Azərbaycan Tibb Universitetinin məzunu olmayıb, Rusiyada təhsil alıb.

“Lakin onun diplomunun Azərbaycan Təhsil Nazirliyi tərəfindən nostrifikasiya olunub-olunmaması barədə heç bir məlumat yoxdur”.

Chosen
38
publika.az

1Sources