EN

Vladimir Putin: Rusiya Suriyadakı bütün qruplaşmalarla münasibət saxlayır

Moskva, 19 dekabr, AZƏRTAC

Rusiya Suriyadakı bütün qruplaşmalarla münasibət saxlayır. Bu qüvvələrin böyük əksəriyyəti ölkədəki Rusiya hərbi bazalarını saxlamağa təklif edir.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Moskvada keçirilən böyük mətbuat konfransında bildirib.

Putin qeyd edib ki, son hadisələrdə, silahlı müxalifət qrupları Dəməşqə yaxınlaşanda hökumət qoşunları və İranyönlü birləşmələr mövqelərini təhvil verərək oranı tərk ediblər. O, Tehrana 4 min iranlı döyüşçünün çatdırıldığını vurğulayıb.

Rusiya Prezidenti, həmçinin qeyd edib ki, Suriyada baş verənləri Rusiyanın məğlubiyyəti hesab etmir. “Biz orda terror anklavı yaranmaması üçün gəldik, məqsədlərimizə çatdıq”, - deyə o qeyd edib. Putin Suriyanın keçmiş prezidenti Əsəd Moskvaya gəldikdən sonra onunla hələ görüşmədiyini, lakin görüşəcəyini bildirib.

Vladimir Putin Rusiya ordusunun döyüş hazırlığını yüksək qiymətləndirərək əlavə edib ki, demək olar ki, bütün NATO ölkələri Rusiya ilə müharibə vəziyyətindədir.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Chosen
15
1
azertag.az

1Sources