EN

Nərminin anasından AÇIQLAMA: "Əməliyyatdan sonra halı pisləşdi, başqa klinikaya yollayıb" - SƏS YAZISI

Nərminin anasından AÇIQLAMA: "Əməliyyatdan sonra halı pisləşdi, başqa klinikaya yollayıb" - SƏS YAZISI

Plastik əməliyyat etdirən 2001-ci il təvəllüdlü bloger Nərmin Bəylər qızı İsgəndərova dünyasını dəyişib. 

Qlobal.net xəbər verir ki, ABŞ-də yaşayan jurnalist Qənirə Ataşova məsələ ilə bağlı paylaşım edib. O, N.İsgəndərovanı əməliyyat edən plastik-cərrahın adını və klinikanı açıqlayıb: 

"Bakıda daha gənc bir qız saxta plastik cərrahın qurbanı oldu. Bu dəfə 23 yaşlı Nərmin İsgəndərova həyatını itirdi. Hadisə “cəhənnəm yuvası” kimi tanınan "Mərcan" Klinikasında baş verib. Nərminin anasının dediyinə görə, qızına qarın gərmə və bədən şəkilləndirmə əməliyyatını Nurlan Həsənli edib. Əməliyyatdan bir müddət sonra xəstənin yarasından çirkli su axmağa başlayıb. Nərmin bu barədə həkiminə məlumat versə də, təəssüf ki, bir çox saxta plastik cərrahlar kimi, Nurlan Həsənli də xəstəsinə laqeyd yanaşıb. Ailəsinin sözlərinə görə, gənc qız irin axan yarasına öz imkanları ilə dərman tapmağa çalışıb. Lakin yolda halı pisləşib və oradaca dünyasını dəyişib. Nərminin anası Şahnaz Mehdiyeva hadisənin təfərrüatlarını açıqlayıb. Nurlan Həsənlinin Azərbaycan Tibb Universitetinin məzunu olmadığı, Rusiyada təhsil aldığını iddia etdiyi bildirilir. Lakin onun diplomunun Azərbaycan Təhsil Nazirliyi tərəfindən nostrifikasiya olunub-olunmaması barədə heç bir məlumat yoxdur. Comment yazanlar, diqqətli olun. Əməliyyat etmək hər kəsin haqqı və seçimidir. Siz, əməliyyata haqqı olmayan həkimi sorğulayın".

Q.Ataşova Nərminin anasının səsyazısını yayıb. 

"Həkimə 5 min manat pul ödənilib. Əməliyyatdan sonra halı pisləşdi, həkimlə əlaqə saxlayıb. O isə boyun olmayıb və başqa klinikaya yollayıb. Orada isə günü 180 manat istəyiblər. Pulu olmadığı üçün evdə müalicə edib. Dərman almağa gedəndə yolda rəhmətə gedib qalıb". (Unikal)

 

Chosen
22
12
qlobal.net

6Sources