EN

“Sevilya” “Qarabağ”ın hücumçusunun transferini yekunlaşdırmağa yaxındır

İspaniyanın “Sevilya” klubu “Qarabağ”ın futbolçusu Olavio Juninyonun transferini yekunlaşdırmaq üzrədir.

7Times.az  xəbər verir ki, bu barədə “Ficherio” nəşri məlumat yayıb.

Əndəlüs təmsilçisinin Azərbaycan çempionuna sonuncu təklifinin 3+1 milyon avro olduğu yazılıb.

İddiaya görə, 28 yaşlı hücumçu da “köhlən atlar”a onu buraxması üçün müraciət edib.

Qeyd edək ki, “Qarabağ” daha əvvəl Juninyo üçün “Sevilya”nın ilkin təklifini geri çevirib. Həmin vaxt La Liqa klubu braziliyalı forvard üçün 2 milyon avro civarında məbləğ ödəməyə hazır olduğunu bildirib.

Chosen
20
7times.az

1Sources