EN

İlham Əliyev DGK ilə Ümumdünya Gömrük Təşkilatı arasında imzalanmış qrant müqaviləsini təsdiq etdi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Ümumdünya Gömrük Təşkilatı arasında Gömrük Əməkdaşlıq Fonduna dair Qrant Müqaviləsi"nin təsdiq edilib.
Oxu.Az President.Az-a istinadən xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev fərman imzalayıb.
Qərara alınıb ki, 2024-cü il iyunun 29-da Brüssel şəhərində imzalanmış "Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Ümumdünya Gömrük Təşkilatı arasında Gömrük Əməkdaşlıq Fonduna dair Qrant Müqaviləsi" təsdiq edilsin.
Fərmanın 1-ci hissəsində göstərilən Qrant Müqaviləsi qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi onun müddəalarının həyata keçirilməsini təmin etsin.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Qrant Müqaviləsinin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Ümumdünya Gömrük Təşkilatına bildiriş göndərsin.
Chosen
41
1
oxu.az

2Sources