EN

Avropa İttifaqı və Ukrayna Rusiya qazına alternativləri müzakirə edir

Avropa İttifaqı liderləri və Ukrayna Prezidenti Volodimir Zelenski, hazırkı tranzit müqaviləsinin 31 dekabrda başa çatması ilə bağlı mümkün alternativlər barəsində Brüsseldə müzakirələr aparır. Bu barədə oilprice saytı xəbər verib.

Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqli üçün tranzit müqaviləsi 31 dekabr 2024-cü ildə başa çatır. 

Ukrayna dəfələrlə bəyan edib ki, Rusiya ilə bu müqavilənin yenilənməsi ilə bağlı danışıqlar aparmaq niyyətində deyil.

Sloveniya Baş Naziri Robert Qolob bildirib ki, tranzit müqaviləsinin 31 dekabrdan sonra uzadılması ehtimalı yoxdur.

"Real olaraq, xeyr,” –  Qolob  tranzit müqaviləsinin uzadılma ehtimalı varmı sualına cavabında deyib. 

Rusiya qaz nəhəngi "Gazprom”un özünün 2025-ci il üçün daxili planlamasında göstərilir ki, 1 yanvar tarixindən etibarən Ukrayna vasitəsilə Avropaya qaz göndərilməyəcək.

Rusiya bir çox Aİ ölkələrinə qaz tədarükünü kəsmiş olsa da, Macarıstan, Avstriya, Slovakiya və Çexiya kimi bəzi üzv ölkələr Ukrayna tranzit marşrutu ilə Rusiya qazını almaqda davam edir. 

Noyabrın ortalarında "Gazprom” Avstriyanın OMV şirkətinə qaz ixracını dayandırdığını bildirsə də Ukrayna vasitəsilə Avropaya Rusiya qazının ixracı keçən ay ərzində sabit qalıb.

Avstriyanın OMV şirkəti ötən ay açıqlama verərək, Rusiyadan qaz idxalı ilə bağlı arbitraj mübahisəsində qazandığı qərarın icrasını tələb edəcəyini bildirib.

Bunun nəticəsində "Gazprom” OMV-yə ixracı  dayandırıb, lakin Avstriyadakı digər müştərilər Rusiya qazını almaqda davam edir və OMV-nin yaratdığı boşluğu doldurmaq üçün digər alıcılar prosesə qoşulub.

Bu ayın əvvəlində  SOCAR Slovakiyanın dövlətə məxsus enerji operatoru SPP ilə bağladığı pilot müqavilə əsasında bu ölkəyə qaz ixracına başlayıb.
 
Bu müqavilə əsasında SOCAR Slovakiyaya 500 milyon kubmetr qaz ixrac edəcək.
 
N.Təbrizli












www.anews.az
Chosen
17
anews.az

1Sources