EN

Azərbaycanın qəbulu ilə təşkilatımız bu gün dünənkindən daha güclüdür - Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın səkkiz inkişaf etməkdə olan ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatına (D-8) üzv olmaq qərarını alqışlayıb.

"Unikal" xəbər verir ki, Türkiyə dövlətinin başçısı Qahirədə keçirilən D-8-in 11-ci sammitinin iştirakçıları qarşısında çıxış edərək “Azərbaycanın son illərdə atdığı mühüm addımlara” diqqət yönəldib.

“Azərbaycanın qəbulu ilə təşkilatımız bu gün dünənkindən daha güclüdür. Qardaş Azərbaycana, D-8 ailəsinə “Xoş gəlmisiniz” demək istərdim”, - deyə Türkiyə Prezidenti bildirib.

O qeyd edib ki, təşkilatın sıralarının genişlənməsi ilə bağlı D-8-in dünyada təsiri yayılır. D-8-in dünyada nüfuzu təşkilatın sıralarının genişlənməsi hesabına baş verir.

Türkiyə Prezidentinin sözlərinə görə, təşkilat öz qapılarını tərəfdaşların üzünə açıq saxlamağa davam etməlidir. Bununla bağlı Rəcəb Tayyib Ərdoğan İndoneziyanın D-8 ilə dialoqa hazır olduğunu açıqlayıb.

Azərbaycanın D-8 sıralarına qoşulması Türkiyə mediasının da diqqət mərkəzindədir.

Chosen
16
5
unikal.az

10Sources