EN

Misir Suriyada siyasi prosesi başa çatdırmaq səylərini dəstəkləyir

Misir Suriyada siyasi həll prosesinin tezliklə başa çatmasının tərəfdarıdır və buna yönəlmiş bütün səyləri dəstəkləyir.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə Misir Prezidenti Əbdül Fəttah əs-Sisi “İslam səkkizliyi” (D-8) sammitinin yekun iclasında çıxışı zamanı bildirib.

“Misir Suriyada hərtərəfli siyasi prosesin tamamlanmasına töhfə verən bütün səyləri dəstəklədiyini bir daha təsdiqləyir”, – o deyib.

Əs-Sisinin sözlərinə görə, Suriya hazırda 1974-cü ilin ikitərəfli razılaşmasına zidd olaraq Suriya ərazisinin əhəmiyyətli bir hissəsini ələ keçirən İsrail tərəfindən ölkənin suverenliyinin kobud şəkildə pozulması ilə üz-üzədir.

Misir lideri qeyd edib ki, Yaxın Şərqin üzləşdiyi problemlər müştərək səylər, geniş məsləhətləşmələr və təcrübə mübadiləsi tələb edir. Əs-Sisinin sözlərinə görə, bu kontekstdə D-8 müxtəlif səviyyələrdə bu qrupun üzvü olan dövlətlər arasında birgə fəaliyyətin təşviqi üçün əlverişli forum kimi çıxış edir.

Chosen
5
6
nocomment.az

7Sources