EN

Fransada Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd edildi

Fransanın paytaxtı Parisdə 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd edilib.

Publik.az xəbər verir ki, Azərbaycanın Fransadakı Səfirliyinin Mədəniyyət Mərkəzində Həmrəylik Günü və Yeni il münasibətilə keçirilən tədbirdə ölkəmizin Fransadakı səfiri Leyla Abdullayeva, UNESCO-da daimi nümayəndə Elman Abdullayev, Fransanın müxtəlif şəhərlərində yaşayan soydaşlarımız və digər şəxslər iştirak ediblər.

Səfir L.Abdullayeva bu ilin Azərbaycan üçün uğurlu olduğunu bildirib. Səfir uğurlar arasında ölkəmizin dünya miqyaslı tədbir COP29-a yüksək səviyyədə ev sahibliyini xüsusilə qeyd edib.

L.Abdullayeva Azərbaycanın mürəkkəb coğrafi bölgədə yerləşməsinə baxmayaraq bu gün uğurlu, sabit və müstəqil siyasət yürüdən, istər iqtisadi, istər demoqrafik inkişafı baxımından regionun aparıcı dövləti olduğunu xüsusi qeyd edib. Diplomat uğurların dövlətimizin apardığı sabit müstəqil siyasətinin nəticəsi olduğunu bildirib.

Chosen
37
3
publika.az

4Sources