EN

Ermənistan hökumətindən qayıdış hüququmuza hörmət etməyi tələb edirik - İcmadan Paşinyana CAVAB

Bakı. Trend:

Ermənistanın Baş naziri Nikol Paşinyan “Armenpress” mətbuatorqanına 2004-cü il dekabrın 19-da verdiyi müsahibəsində Ermənistanvə Azərbaycan arasındakı ikitərəfli münasibətlərə və QərbiAzərbaycan məsələsinə dair bir sıra zərərli və həqiqətə uyğunolmayan fikirlər səsləndirib.

Trend xəbər verir ki, bubarədə Qərbi Azərbaycan İcmasının bəyanatında bildirilir.

Bəyanatda deyilir ki, Baş nazirin Qərbi azərbaycanlıların özdoğma yurdlarına qayıdış məsələsini ərazi iddiası kimi təqdimetməyə çalışması və “Qərbi Azərbaycan” ifadəsinə irad tutmasıtamamilə əsassızdır:

“Vurğulamaq lazımdır ki, azərbaycanlıların əsrlərlə yaşadığı vəErmənistan tərəfindən total etnik təmizləməyə məruz qaldığı keçmişİrəvan xanlığı, Zəngəzur və digər bölgələri əhatə edən “QərbiAzərbaycan” ifadəsi həmin məkanda yaşamış azərbaycanlılarınözünüidentifikasiya hüququ çərçivəsində istifadə etdikləri vətarixi həqiqətlərə söykənən bir termindir.

Qərbi Azərbaycan İcması qayıdış hədəfinə sülh yolu ilə,beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən dövlətlərinərazi bütövlüyü və suverenliyinə hörmət çərçivəsində nail olmaqüçün çalışır. Bu baxımdan, İcmanın Ermənistan hökumətinə rəsmişəkildə müraciət edərək dialoq təklif etməsi xüsusilə qeydedilməlidir. Ermənistan hökuməti tərəfindən etnik təmizləmə,ayrı-seçkilik, mülkiyyət və digər hüquqlarının pozulmasına məruzqalmış Qərbi azərbaycanlıların ilk addımı ataraq dialoqa təşəbbüsetməsi onların barışıq və sülh yolunu tutduğunu göstərir.Ermənistan hökumətinin İcmanın dialoq təklifini cavabsız qoymasıisə təəssüf doğurur.

Apardığı silahlanma siyasətini suveren seçim kimi izah etməyəçalışan N.Paşinyana xatırlatmaq istərdik ki, revanşist və radikalideologiyanın dərin kök saldığı Ermənistan hərbi güclə məsuliyyətlədavranmağı bacarmır. Bu və Ermənistanın aqressiv keçmişi nəzərəalınmaqla onun sərbəst şəkildə silahlanmasına yol vermək olmaz.

N.Paşinyanın Ermənistan Konstitusiyasında əks olunmuş əraziiddiasını aradan qaldırmaqdan imtina etməsi, hələ bu azmış kimiguya Azərbaycan Konstitusiyasında Ermənistana qarşı əraziiddiasının yer almasını bildirməsi onun sülh müqaviləsiniimzalamaqda maraqlı olmadığını göstərir.

Qərbi Azərbaycan İcması Ermənistan hökumətindən qayıdış hüququnahörmət etməyi, silahlanma siyasətinə dərhal son verməyi və əraziiddiasını əsas sənədlərindən çıxarmağı tələb edir”.

Chosen
20
20
az.trend.az

10Sources