EN

“AccessBank” Daxili Sənəd Dövriyyəsini “SİMA İmza” ilə rəqəmsallaşdırdı

Bakı. Trend:

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan“AzInTelecom” MMC tərəfindən yaradılmış SİMA yeni nəsil rəqəmsalimza tərəfdaş çevrəsini genişləndirməyə davam edir. “SİMA İmza” iləöz xidmətlərini rəqəmsallaşdıran növbəti qurum “AccessBank” ASColub.

“SİMA İmza” “AccessBank”da Daxili Sənəd Dövriyyəsi sisteminəinteqrasiya edilib. İnteqrasiya sayəsində müəssisədə daxilisənədlərin tam həcmdə elektron qaydada “SİMA İmza” ilə imzalanmasıtəmin edilib.

Qeyd edək ki, SİMA yeni nəsil rəqəmsal imza ilə qurumların işyükü, kağızdan istifadə və digər xərclər azalır. “SİMA İmza”nınistənilən sistemə inteqrasiya oluna bilməsi istifadəçilərə sürətlivə istənilən sayda imzalama imkanı qazandırır. SİMA rəqəmsal imzahaqqında daha ətraflı məlumatı sima.az saytından və “157” Zəngmərkəzi ilə əlaqə saxlayaraq əldə etmək olar.

Chosen
6
10
az.trend.az

10Sources