EN

Dərmandan zəhərlənən qadın öldü

Bakıda 63 yaşlı qadın dərmandan zəhərlənib.

Demokrat.az xəbər verir ki, dekabrın 19-u saat 11 radələrində 1961-ci il təvəllüdlü Əkbərova Minəxanım Hacı qızı Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsinə çatdırılıb.

Yaşadığı Nəsimi rayonu 4-cü mikrorayon Mircəlal küçəsindəki evdən tibb müəssisəsinə aparılan qadın az sonra vəfat edib.

M.Əkbərovanın hansı dərmandan və hansı şəraitdə zəhərlənməsi hələlik açıqlanmayıb.

Chosen
4
9
demokrat.az

10Sources